"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Barselona"nın 33 yaşlı yarımmüdafiəçisi, türkəsilli alman futbolçu İlkay Gündoğanın transferi ilə maraqlanır.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, "Fənərbağça" oyunçunu onlara qoşulmağa razı salmağı planlaşdırır.
Qeyd edək ki, Gündoğan Kataloniya klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Rəylər