"Zelimin final görüşündə rəqib döyüşməkdən çəkindiyi üçün hakimin qərarı düzgün idi"
Bunu Oxu.Az-a açıqlama verən 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyev deyib.
"Zelim Kotsoyevin görüşünə sona qədər baxdım. Hakimin verdiyi qərarların hər biri doğru idi. Sonda rəqib etiraz etsə də, döyüşdən çəkindiyi üçün və hakimi aldatmağa çalışdığı üçün cərimə verildi.
Qələbə, həqiqətən də, Zelimin haqqı idi. Zelimin qələbəsində heç bir qanunsuzluq yox idi. Hakimin son qərarı isə rəqib cüdoçunun "kumikata"nı qırması ilə bağlı idi.
Bu gün 1/4 finala çıxan Uşangi Kokauriyə də uğurlar arzu edirəm. Bu cüdoçumuz sərt döyüşməyə başladığı zaman bütün rəqibləri məğlub etməyi bacarır. Cüdoçumuzdan bürünc medal gözləyirəm".
Rəylər