Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Neftçi” və “Gəncə” klubları üz-üzə gəliblər.
Pley-off zonasında qərarlaşan “Neftçi” rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub.
Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (17 xal, 7 ribaund), “Gəncə”dən İrşad Hant (19 xal, 11 ribaund) olublar.
Qeyd edək ki, 15-ci turun növbəti oyunları (“Xırdalan” - “Xəzri”, “NTD-İndiqo” - “Sərhədçi”, “Cəlilabad” - “Sabah”, “Şəki” - “Sumqayıt”) 15, 16 və 17 mart tarixlərində baş tutacaq.
Rəylər