Türkiyənin "Fənərbağça" basketbol klubunda mərkəzdə oynayan serb basketbolçu Boban Marjanović o qədər böyükdür ki, eyni anda dörd komanda yoldaşını qucaqlaya bilir.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, 224 santimetrlik boya malik idmançı bunu komanda fotosunda sübut edib.
Xatırladaq ki, Marjanović bu il "Fənərbağça"ya keçib. Bundan əvvəl o, Milli Basketbol Assosiasiyasında (NBA) "Houston Rockets"də bir neçə mövsüm oynayıb. Ötən mövsüm Marjanović hər oyunda orta hesabla 3.2 xal, 2.3 ribaund və 0.4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəylər