Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.
Milli ümumi 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb. Final sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Oxu.Az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə üç lent və iki topla bacarıqlarını göstərib.
Millimiz 28.150 xala layiq görülüb və hazırda səkkizinci pillədə qərarlaşıb.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk cəhddən sonra mövqeyi bəlli olub.
Oxu.Az xəbər verir ki, yığma hazırda 7-ci pillədə qərarlaşıb.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalarla hərəkətdə 33.850 xala layiq görülmüşdü.
Komanda lentlərlə də bacarıqlarını göstərəcək.
Təsnifat mərhələsində 24 kollektiv mübarizə aparır.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Oxu.Az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.
Yığma 33.850 xala layiq görülüb. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Rəylər