Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.
Oxu.Az bildirir ki, bu, paratletimiz Lamiyə Vəliyevanın sayəsində reallaşıb.
Belə ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11,76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.
Bununla da o, yeni dünya rekorduna imza atıb.
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəni 11,81 saniyə göstərici ilə başa vurub.
Qeyd edək ki, final mərhələsi 22:00-da başlayacaq.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək.
Oxu.Az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu, milli komandanın bayraqdarı Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.
Bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13:04-də, final mərhələsi isə 22:00-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
Rəylər