Fransada Sena çayında üzgüçülük üzrə olimpiya yarışlarına qatılan dörd almaniyalı idmançıdan üçünün səhhətində problemlər yaranıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.
Qeyd olunub ki, Almaniyanın iki üzgüçüsü dünən ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator müalicə alıb: "Bu səhər onlar daha yaxşıdırlar. Bənzər simptomları olan daha bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur".
Bundan əvvəl, isveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann, belçikalı atlet Kler Mişel Sena çayında çimdikdən sonra səhhətlərində problemlər yarandığını bəyan etmişdilər.
Rəylər