Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paris-2024: Yay Paralimpiya Oyunlarından sonra iki idmançı itkin düşüb
Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər.
Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
- Bu xəbərləri qaçırmayın: 11.09.2024-ün ən mühüm hadisələri
- Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Rəylər