"Beşiktaş" klubu braziliyalı Anjelo Qabriellə anlaşıb.
Oxu.Az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, "Çelsi"nin formasını geyinən 19 yaşlı hücumçu icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. Daha öncə futbolçu ilə razılıq əldə edən klub "zadəganlar"la da anlaşıb. Müqavilədə 12 milyon avroya birbaşa satınalma şərti də var.
Qeyd edək ki, Anjelo 15 yaşında "Santos"un əsas komandasında debüt edərək Pelenin rekordunu qırıb, klub və Braziliya tarixinin ən gənc futbolçusu olub.
Rəylər