"Qəbələ" klubu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib. O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.
Qeyd edək ki, "Qəbələ" klubu Bilel Auaşeriya, Feras Abu Akalla və Əyyub Allaşla müqaviləyə xitam vermişdi.
Rəylər