Sentyabrın 21-də İspaniya La Liqasının 6-cı turunun "Real Madrid" - "Espanyol" matçı kral klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Madridlilərin qollarından biri penaltidən vurulub və bunun sayəsində onlar unikal nailiyyət əldə ediblər.
Oxu.Az xəbər verir ki, "Real Madrid" 21-ci əsrdə La Liqanın altı açılış turunda beş penalti vuran ilk klub olub. Daha əvvəl heç bir Primera klubu bunu bacarmayıb.
Xatırladaq ki, qolu Kilian Mbappe penaltidən vurub. O özü də cari əsrdə La Liqada ardıcıl üç matçda penalti vuran ikinci "Real" oyunçusu olub. Bu nailiyyətə daha əvvəl 2022-ci ilin mart-aprel ayları arasında digər fransız hücumçu Kərim Benzema nail olub.
Həmçinin, paytaxt komandasının qapıçısı Tibo Kurtua avtoqola imza ataraq La Liqada 21-ci əsrin klub antirekordu ilə yadda qalıb. Belə ki, belçikalı qolkiper bu əsrdə avtoqol vuran ilk "Real Madrid" qapıçısı olub.
Rəylər