"Real Madrid" klubunun zədəli qapıçısı Tibo Kurtuanın yenidən yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı qolkiper artıq komanda ilə məşqlərə başlayıb.
Kurtua uzun müddət sonra yaşıl meydanlara "Leganes"lə görüşdə qayıdacaq.
Qarşılaşma noyabrın 24-də Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək.
Qeyd edək ki, Kurtua zədə səbəbindən "Real Madrid"in son üç oyununu buraxıb.
Rəylər