Vyetnam Futbol Federasiyası "Yaqi" qasırğasının yaxınlaşması ilə əlaqədar Rusiya və Tailand yığmaları arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununu təxirə salıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Thanh Nien" nəşri məlumat yayıb.
Vyetnamın paytaxtı Hanoyda təşkil edilən turnir çərçivəsində baş tutmalı olan görüş sentyabrın 7-də keçirilməli idi. Hazırda matçın sentyabrın 8-də keçirilməsi məsələsi müzakirə olunur.
Rəylər