İtaliyalı futbol məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Onun karyerasında sonuncu klubu 2023-cü ildən rəhbərlik etdiyi İtaliyanın "Kalyari" komandası olub. 2023/24 mövsümündə Ranyerinin rəhbərliyi altında klub İtaliya çempionatında 15-ci yeri tutub.
Ranyeri 72 yaşındadır. O, karyerası ərzində İtaliyanın "Napoli", "Fiorentina", "Parma", "Yuventus", "Roma", "İnter" və "Sampdoriya", İspaniyanın "Valensiya", "Atletiko", İngiltərənin "Çelsi", "Fulhem", "Lester", Fransanı təmsil edən "Monako", "Nant" klublarını çalışdırıb".
Mütəxəssis İntertoto kubokunu və UEFA Superkubokunu qazanıb.
Mənbə: TASS