Türkiyə Milli Paralimpiya Komitəsi (TMPK) Paris-2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan atlet Serkan Yıldırımın medalının Beynəlxalq Paralimpiya Komitəsinin etirazı nəticəsində geri alındığını açıqlayıb.
Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, buna səbəb Beynəlxalq Paralimpiya Komitəsinin məhkəməyə şikayət etməsi olub.
Belə ki, Serkan Yıldırımın hər hansısa xüsusi bir məhdudiyyətinin olmadığı aşkarlanıb.
Türkiyə Milli Paralimpiya Komitəsi isə idmançının medalının geri alınması ilə bağlı etirazı qəbul etməyib və məhkəməyə şikayət edib.
Qeyd edək ki, Serkan Yıldırım 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.
Türkiyəli paraatletin medalı əlindən alındı - SƏBƏB
Rəylər