"Formula-1" üzrə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Avstriya Qran-prisi ərəfəsində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən karyerasını hansı komandada davam etdirəcəyini bildirib.
"Formula-1" dünyası elə işləmir ki, siz "Əlvida uşaqlar!" deyib rahatca çıxıb gedə biləsiniz. Komanda ilə uzunmüddətli müqaviləm var və olduğum yerdən çox razıyam. Təkmilləşdirmə məqsədlərimizə çatmaq üçün gələn ilin avtomobili üzərində işləyirik. Əgər buna çox diqqət yetirirsənsə, bu o deməkdir ki, sən bu komandaya sadiq olacaqsan. Ona görə də bəli, mən "Red Bull" komandasının bir hissəsi olaraq qalacağam", - Maks deyib.
Xatırladaq ki, Ferstappen 2016-cı ildən "Red Bull"da yarışır və onunla üç dəfə "Formula-1" çempionu olub. Hazırda Maks bu mövsüm şəxsi hesabda 219 xalla liderlik edir.
Mənbə: championat.com
Rəylər