Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-də keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da mümkün rəqibi bilinəcək. Qurban Qurbanovun yetirmələrinin "Ludoqorets"lə təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer alacaq.
"Qarabağ"ın rəqibləri arasında əvvəlki mərhələlərdən azad olan üç klub və iki cüt var: "Dinamo Zaqreb", "Srvena Zvezda", "Malmö" - PAOK , "Midtulland" - "Ferentsvaroş" və "Yanq Boyz".
Türkiyənin "Qalatasaray" klubu da səpələnməmişlər səbətindədir. Lakin Azərbaycan və Türkiyə çempionları pley-offda qarşılaşa bilməzlər.
Qeyd edək ki, pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
Rəylər