Ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin "Tottenhem" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına töhfə verə bilməyib.
Oxu.Az xəbər verir ki, məhz bu səbəbdən Azərbaycanın əmsallar cədvəlindəki mövqeyini əldən verib.
I turun baş tutan matçlarından sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib.
"Qarabağ" səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzub. Nəticədə xal hesabımız dəyişməz qalıb.
Hesabında 19.125 xal olan ölkəmiz bir pillə geriləyib və siyahıda 27-ci pilləyə enib. İki addım irəliləyən Rumıniya həm ölkəmizi, həm Bolqarıstanı keçib.
Cari mövsümün qazancı 2.375-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250, "Qarabağ" 0.750, "Sabah" 0.250, "Sumqayıt" isə 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 90.589 xal.
Rəylər