UEFA "Qarabağ" klubunu azarkeşlərin səsləndirdikləri "UEFA mafiya" şüarına görə 28 500 avro məbləğində cərimələyib.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA-nın "radarı"na iki dəfə düşüb.
Belə ki, Bolqarıstanda "Ludoqorets"ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə "Qarabağ" 6 000 avro cərimə ödəyəcək.
Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-off mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" eyni səbəbdən 22 500 avro (ümumilikdə 28 500 avro) cərimələnib.
"İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" isə azarkeşlərin "UEFA mafiya" şüarını səsləndirməsi deməkdir.
Qeyd edək ki, qitə futbol qurumunun əleyhinə səsləndirilən şüarlar Ağdam təmsilçisi üçün daha böyük cərimələrə səbəb ola bilər.
Rəylər