Viktor Osimhen "Napoli" rəsmiləri ilə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Viktor Osimhen PSJ klubunun təklifini qəbul etmək istədiyindən "Napoli" rəhbərliyinə komandadan ayılmaq qərarına gəldiyini bildirib.
Qeyd edək ki, PSJ rəsmiləri "Napoli" klubundan Viktor Osimhen və Xviça Kvaratsxeliyanı transfer etmək istəyirlər.
Rəylər