Gürcüstan millisinin ulduz futbolçusu Xviça Kvaratsxeliya uşaqlıq xəyalını gerçəkləşdirib.
Məlumata görə, "Napoli" klubuna məxsus olan Xviça Gürcüstan seçməsinin Portuqaliya üzərində 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşünün ardınca Kriştianu Ronaldu ilə görüşərək ondan formasını hədiyyə etməsini istəyib.
Gürcüstanlı ulduz daha sonra matçın ən yaxşı futbolçusu seçilib. Xviça şəxsi "Instagram" hesabından həm Ronaldunun, həm də mükafatın fotosunu birlikdə paylaşıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya görüşün ikinci dəqiqəsində vurduğu qolla hesabı açmışdı.
Mənbə: Championat.com
Rəylər