Azərbaycanın xaricdən aldığı buğda 20 faiz civarında ucuzlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-dekabr aylarında ölkəyə 1 milyon 95 min tona yaxın buğda məhsulları idxal edilib.
1 ton buğdanın idxal qiyməti 338 dollardan 259 dollara düşüb.
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, qiymətlərdə müşahidə edilən dinamikanı təhlil edərkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də Azərbaycanda müvafiq qurumların verdiyi statistika nikbin danışmağa əsas verir.
Bəs Azərbaycanda buğdanın ucuzlaşması çörəyin qiymətini də ucuzlaşdıra bilrəmi?
Ekspert idxal edilən buğdanın qiymətində müşahidə edilən dəyişikliklərin bazara necə təsir edə biləcəyini proqnozlaşdırıb.
Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
Azərbaycanın xaricdən aldığı buğda 20 faiz civarında ucuzlaşıb.Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-dekabr aylarında ölkəyə 1 milyon 95 m...