"İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, iki ölkənin enerji sahəsində həyata keçirdiyi layihələr bütün Avrasiya məkanının enerji xəritəsini dəyişdirir.
Ceyhun Bayramov: "İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq"