Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) onuncu günündə Yaşıl Zonada Turizm sektorunda iqlim ambisiyalarının artırılması - öhdəliklərdən icraya qədər (bərpa/adaptasiya və maliyyə)" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, Villi Leqranın moderatorluğu ilə keçən tədbir turizm sahəsində İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi tərəfindən təklif olunan regenerasiya və maliyyə yollarına uyğun olaraq, bu sessiyada regenerasiya/adaptasiya səyləri və innovativ maliyyələşdirmə modellərinin kəsişməsinə fokuslanıb.
Tədbirdə Tomas Mills, Ceremi Sampson, Dominik Perron, Rendi Durband, Şompan Kulnides, Anne Katrin Xaynger çıxış edərək tədbirdə turizmin iqlim dayanıqlılığı və ekosistemin bərpasına necə fəal töhfə verə biləcəyinə diqqət yetirməklə, turizm sahəsində maraqlı tərəflərinin uğurlu fəaliyyətlərini müzakirə ediblər.
Onlar dayanıqlı qida sistemləri, biomüxtəlifliyin qorunması və təbiətə müsbət təsir göstərən təşəbbüslərlə daha dərindən məşğul olmaq üçün turizm üzrə ehtiyaclar, eləcə də iqlim fəaliyyətinin genişləndirilməsi üçün maliyyələşdirmənin mühüm rolu üzərində fikir mübadiləsi aparıblar.
Xanım Aydın