"Dekarbonizasiya artıq bir seçim deyil, qlobal tələbdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məqsəd Azərbaycanın hüdudlarından kənara çıxaraq qlobal davamlı inkişafa töhfə verməkdir:
"Bu gün COP29 tədbiri çərçivəsində dekarbonizasiya sahəsində liderliyimizi beynəlxalq ictimaiyyətə təqdim etdik. Dekarbonizasiya artıq bir seçim deyil, qlobal tələbdir. Təbii ki, biz bu nailiyyətlərlə kifayətlənmirik. Alternativ enerjilər, tullantıların effektiv idarə olunması, enerji istehlakının azaldılması istiqamətində davamlı olaraq işlər aparılır. Məqsədimiz Azərbaycanın hüdudlarından kənara çıxaraq qlobal davamlı inkişafa töhfə verməkdir".
Aygün Mirakif