Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov olub.
O, son dövrdə gömrük sahəsində aradan qaldırılan nöqsanlardan, eləcə də vətəndaş şikayətlərindən danışıb:
"Rüşvətin kökünü hələ tam kəsməmişik. Amma rüşvətə meyilli insanların sayı azalıb".
DGK sədri gömrük qaydalarının necə tənzimlənməsi, həmçinin gömrük orqanlarında rüşvət və korrupsiya ilə mübarizə tədbirlərinin hansı səviyyədə olması ilə bağlı sualları da cavablandırıb.
Baku TV-nin "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb.