Dünya bazarında neft qiymətləri dəyişib.
Belə ki, WTI markalı neftin iyul füçersləri 0,04% ucuzlaşaraq bir barelinin qiyməti 76,84 ABŞ dolları olub.
"Brent" markalı neftin iyul füçersləri isə 0,01% bahalaşaraq bir barelinin qiyməti 81,37 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg