"Daim dəyişən dünyada mədəniyyətlər bir-birinə yaxınlaşır. Halal biznes bir çox istiqamətləri əhatə edir. Əsas mövzu insanlığı təbliğ etməkdir. Son altı ildə halal biznes 47 faiz artıb. Bu, çox sürətlə artan sənayedir, üzv dövlətlərimiz bu biznesi tanıyırlar. Bu sektor olduqca vacibdir. Yaşıl halal konsepsiyası bir çox qlobal çağırışlara həll təklif edir. Bu konsepsiya yüksəkkeyfiyyətli məhsullar istehsal etməyə, tullantıları azaltmağa sövq edir ki, bu da ətraf mühiti qorumağa kömək edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanda ilk dəfə keçirilən Halal Biznes və Turizm Forumunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo deyib.
O bildirib ki, iqtisadi fəaliyyət həm halal, həm də dayanıqlı olmalıdır:
"Biz çalışmalıyıq ki, biznes imkanları yaradaq".
Məhərrəm Əliyev