İsveçin paytaxtı Stokholmda 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
Oxu.Az-ın Nobel Komitəsinin məlumatlarına istinadla verdiyi məlumata görə, mükafata elm adamları Daron Acemoğlu, Ceyms Robinson və Simon Conson layiq görülüblər.
Bu alimlər ölkələrin necə və nə üçün zənginləşdiyi, inkişaf etdiyi, həmçinin tərəqqi və texnologiyaların hansı səbəbdən bəzi yerlərdə millətlərin çiçəklənməsinə səbəb olduğu, bəzi yerlərdə isə heçə çıxdığı haqqında əsərləri ilə məşhurlaşıblar.
"Onlar ölkənin çiçəklənməsi üçün ictimai institutların nə qədər vacib olduğunu göstərdilər", - deyə İsveç Elmlər Akademiyası qeyd edib.
İsveçin paytaxtı Stokholmda 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
İqtisadiyyat mükafatı ənənəvi olaraq oktyabrın əvvəlində keçirilən Nobel həftəsini tamamlayır.
İqtisadiyyat gənc elmdir və Alfred Nobelin vəsiyyətnaməsində onun haqqında heç nə deyilmir. O, yalnız 1968-ci ildə İsveçin mərkəzi bankı öz 300 illiyini qeyd etmək üçün Nobel Fonduna böyük məbləğdə pul bağışladıqdan sonra meydana gəlib.
Beləliklə, formal olaraq mükafat Nobel mükafatı deyil, lakin eyni mərasimdə və eyni komitə tərəfindən təqdim edilir. Buraya təxminən bir milyon dollar məbləğində pul mükafatı və xüsusi dizaynlı qızıl medal daxildir.
Laureatı İsveç Elmlər Akademiyası seçir. O, digər elmi sahələrdə görkəmli işlərin mükafatlandırılmasında olduğu kimi, eyni qaydalarla rəhbərlik edir.