"2024-cü ilin səkkiz ayında ümumi daxili məhsul 4.3% artıb, o cümlədən qeyri-neft sektorunda 7% artım olub".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.
Nazir qeyd edib ki, gələcəyimizi çox düşünməliyik:
"Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunur. Bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağımıza kömək edir. Biz gələcəyimizi düşünməli, yerli uğursuzluqlara qarşı səbir göstərməliyik. Bunların hər biri innovasiyaların inkişafı üçün vacib amildir. Çünki bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir".
Aygün Mirakif