"Cari ilin 6 ayı ərzində məşğulluq sahəsində 85 mindən çox şəxsin münasib işlərlə təmin olunmasını həyata keçirmişik".
Oxu.Az xəbər verir ki, bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
O bildirib ki, bu iş yerlərinin böyük əksəriyyəti - 90 faizi özəl sektordadır:
"Məşğulluq haqqında" qanuna əsasən, işəgötürənlər öz iş yerləri barədə məlumatı altsistemdə qeyd etməlidirlər. Biz də burada əməkdaşlığı təkmilləşdirmək niyyətindəyik. Məşğulluq sahəsində də bizim yeniliklərimiz olacaq. Vakansiyalar barədə, işsiz şəxslərin qeydiyyata alınması və digər sistemlər barədə təkmilləşdirilmələr aparılacaq. Məşğulluq sisteminin əhatə dairəsi genişləndiriləcək".
Könül Cəfərli