"Hazırda ölkədə mişardaşına ən böyük tələbat işğaldan azad olunmuş ərazilərimizdədir".
Oxu.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, mişardaşına olan tələbat nəzərə alınmaqla Ağdam, Füzuli, Laçın və Qubadlı rayonları ərazisində yerləşən mişardaşı yataqları istifadəyə verilib:
"Qeyd edim ki, yer təkindən qənaətli və səmərəli istifadədə, eyni zamanda şəffaflığın, hesabatlılığın təmini agentliyimizin əsas prinsiplərindən biridir. Sahibkarları, dağ-mədən fəaliyyəti ilə məşğul olan istismarçıları bu hərraclarda iştiraka və qanunla müəyyən olunmuş tələblərə riayət etməyə çağırırıq", - deyə İ. Hidayətov vurğulayıb.
Əzizə İsmayılova