Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə və Rusiya gələn il beynəlxalq qaz mərkəzi yaradacaq
2025-ci ildə İstanbulda beynəlxalq qaz mərkəzi layihəsi çərçivəsində qaz ticarəti mərkəzi yaradılacaq. Layihə Türkiyənin "Botaş" şirkəti və Rusiyanın qaz nəhəngi "Qazprom"la tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.
Oxu.Az "Milliyet"ə istinadən bildirir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
"2025-ci il ərzində İstanbul Maliyyə Mərkəzində ticarət platformasını idarə edəcək güclü infrastruktur yaradacağıq. Tərəflərə anlaşma memorandumu göndərmişik", - deyə Bayraktar vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana "Qazprom"a müvafiq göstərişlər verməyə hazır olduğunu təsdiqləyib.
Yeni qaz mərkəzinin əsas xüsusiyyəti qaz qiymətini müəyyən edəcək İstanbul qaz indeksi olacaq. "İndi Rusiya öz qazını satanda deyəcək: "Mən bu qazı İstanbul qaz indeksi formulu ilə satıram", - deyə türkiyəli nazir izah edib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə on körpəni qəsdən öldürən tibb işçiləri ilə məhkəmə davam edir: Yeni saxlanılanlar var
- Məşhur mahnıların ifaçısı olan müğənni kişiyə çevrildi: "Bəlkə, belə rahat olaram"
- Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib
- Türkiyə və İran xarici işlər naziriləri görüşüblər
- Andrey Rudenko: "Rusiya Suriya məsələsi ilə bağlı Türkiyə və İranla üçtərəfli görüşü istisna etmir"