Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mərkəzi Bank iqtisadi artım proqnozunu AÇIQLAYIB
Azərbaycan Mərkəzi Bankının (AMB) son proqnozlarına əsasən, iqtisadi artımın ümumi ÜDM üzrə 2024-cü ilə 3.9%, qeyri-neft ÜDM üzrə isə 6.5% olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, cari ilə qeyri-neft sektoru üzrə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının və dövlət idarələrinin son istehlak xərcləri olacağı gözlənilir:
"Oktyabrda iqtisadi artım proqnozu cari ilin iyul proqnozu ilə müqayisədə 2024-cü ilə 0.3 faiz bəndi, qeyri-neft sektoru üzrə 0.8 faiz bəndi yuxarı doğru reviziya edilib. İqtisadi artımın 2024-cü ilə yuxarı reviziyasının səbəbi ev təsərrüfatlarının (ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 4.4%, iyulda isə 4.1%) və dövlət sektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 7.9%, iyulda isə 6.6%) real artım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır. 2025-ci ilə iqtisadi artım ümumi ÜDM üzrə 3.3%, qeyri-neft ÜDM üzrə isə 5.1% olaraq proqnozlaşdırılıb. İqtisadi artım proqnozu oktyabrda daha öncəki proqnozla (iyul 2024) müqayisədə 2025-ci ilə 1.2 faiz bəndi, qeyri neft-sektoru üzrə isə 0.7 faiz bəndi yuxarı doğru reviziya edilib. 2025-ci ilin iqtisadi artım proqnozlarında yuxarı reviziya ev təsərrüfatı (ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 5.6%, iyulda isə 5.5%) və dövlət sektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 6.8%, iyulda isə 5.7%) real artım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır.
Növbəti ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər".
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub
- Vüsal Xəlilov: "Banklar COP29 çərçivəsində 2030-a qədər 2 milyardlıq maliyyə öhdəliyi qəbul edib"
- AMB: "Faiz dərəcələrinin artması fonunda bankların daxili ipoteka kreditlərinə tələb azalıb"
- Mərkəzi Bankın yeni QƏRARI GÜNDƏMDƏ: Vətəndaşlar nə ƏLDƏ EDƏCƏKLƏR?
- Azərbaycanda BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb