Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azər Əmiraslanov: "Büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir"
"2025-ci il dövlət büdcəsinin layihəsi, iqtisadi artıma yönələn xərclər günün reallıqlarını nəzərə alır, bir-birini tamamlayır".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi üçün stimuşllaşdırıcı tədbirlər nəzərdə tutulur:
"Bu istiqamətdə "Böyük Qayıdış" proqramının inkişafı Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmaya layiqli töhfəsini verəcək. Bu da regionda sülh və sabitliyə xidmət edir, Azərbaycanın mövqeyini gücləndirir. Bu baxımdan, büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir".
Mərahim Nəsib
"Dövlət büdcəsi" teqi üzrə xəbərlər
- 2025-ci ilin dövlət büdcəsində neftdən asılılığımız azalacaqmı?
- Deputat: "Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur"
- Parlamentdə ucuz şou: Deputatların "odlu-alovlu" populizmi
- DSMF-nin və İSF-nin 2025-ci il üçün büdcə layihəsi birinci oxunuşda qəbul edildi
- Spiker Sahibə Qafarova deputatlara irad bildirib