Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəmkirdə xalasının əri tərəfindən təcavüz olunan qız evdən qaçdı
Şəmkir rayonunda 1984-cü il təvəllüdlü Bəhruz baldızının yetkinlik yaşına çatmayan qızı Bahara (adlar şərti verilib - red.) qarşı əxlaqsız hərəkətlər edib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 30 sentyabr 2023-cü ildə baş verib. Bəhruz həmin gün, gecə saat 2 radələrində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə yaşadığı evdə yetkinlik yaşına çatmayan baldızı qızı Baharın otaqda tək olduğunu görüb.
Yatmış vəziyyətdə olan Baharın köməksizliyindən istifadə edib, onun əynində olan paltarlarını soyundurub. Çılpaq formada özünü yetkinlik yaşına çatmayan qıza nümayiş etdirib. Daha sonra onun belindən və sinə nahiyəsindən öpüb.
İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur:
"Şəmkir şəhər sakini Mahirə ilə 2013-cü ildə ailə həyatı qurmuşam. Bizim evliliyimizdən 2 övladımız dünyaya gəlib. Mahirə 2023-cü ilin yanvar ayından 2-ci uşağa hamilə qaldı, baldızım Tünzalədən xahiş etdim ki, həftənin sonlarında dərs olmadığı günlərdə qızları Bahar və Xanım gəlib arvadıma ev işlərində köməklik etsinlər. Baldızım dediklərimlə razılaşdı. Arvadımın doğuşu yaxınlaşdıqca, Bahar həftədə 3 gün gəlib ev işlərinə kömək etdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 29-da saat 22 radələrində arvadı Mahirə bacısı Tünzaləyə zəng edib, evdə pərdələri yuyacağını bildirib, qızı Baharın gəlib uşağa baxmasını xahiş edib: "Tünzalə qızı Baharı və oğlu Elçini yaşadığımız evə göndərdi. Mən özüm Baharı və Elçini avtomobilimlə yaşadıqları Şəmkir rayonunun kəndindən götürərək, öz evimizə gətirdim.
Biz evə çatdıqda, hamama girib çimdim. Sonra yemək yedik, televizora baxan zaman təxminən saat 2 radələrində Baharın yatdığı otaqdan səs eşitdim. Onun otağına keçdikdə mobil telefonla kiminləsə danışdığını gördüm. Bundan əsəbiləşərək öz istifadəmdə olan, ona verdiyim mobil telefonu alıb yerə çırpdım. Ona bu yaşda kiminləsə mobil telefonda danışmasının yanlış olduğunu izah etdim. Sonra öz otağıma keçərək yatdım".
Bəhruz bildirib ki, sabahısı gün saat 18 radələrində arvadı Mahirə ona zəng edib və bildirib ki, bacısı qızı Bahar zibil atmaq adı ilə evdən çıxıb, bir daha qayıtmayıb:
"Mən bundan narahat oldum, Şəmkir avtovağzalına gedərək, Baharı axtarmağa başladım. Vağzalda tapa bilmədikdə, Şəmkir şəhərində parka getdim. Təxminən 100 metr məsafədən Baharı gördüm. Onu çağırdıqda, qaçmağa başladı. Mən də arxasınca düşdüm. Lakin qızı tapa bilmədim.
Təxminən 10 dəqiqə parkda axtardıqdan sonra süni gölün yanına getdim. Orada polis əməkdaşları Baharın göldən çıxarıldığını bildirdilər. Birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəldik.
Baharın mənə belə bir böhtan atmağının səbəbi gecə vaxtı mobil telefonla danışmasını onun valideynlərinə deyəcəyimi bildirməyim olub. O da qorxaraq, belə bir yola əl atıb. Bahara həmişə öz övladım kimi yanaşmışam, ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, təqsirləndirilən Bəhruz xalası Mahirənin əridir: "Xalam Mahirə hamilə olduğu üçün Bəhruz anamdan xahiş etdi ki, həftənin sonlarında dərs olmadığı günlərdə xalamın yaşadığı evə gedərək ona kömək edək. Xalamın doğuşu yaxınlaşdıqca, mən həftədə 3 gün ona ev işlərində köməklik etmişəm. Həmçinin, müəyyən vaxtlarda bacım da mənimlə gedib".
Zərərçəkmiş qeyd edib ki, sentyabrın 30-da təxminən gecə saat 1 radələrində sinif yoldaşları ilə danışan zaman Bəhruz onun telefonda onlayn olduğunu görüb və ona zəng edib: "Mən Bəhruzun zənginə cavab vermədiyim üçün otağıma gələrək telefona baxdı, kiminlə danışdığımı soruşdu. Mən sinif yoldaşlarımla danışdığımı bildirdim, Bəhruz məni qorxudaraq "atana deyəcəyəm, oğlanlarla danışır", - deyib telefonu əlimdən adı, onu qırdı. Atamdan qorxduğum üçün səhərə yaxın evdən qaçdım.
Şəmkir şəhərində yerləşən parka gələrək saat 6 radələrinə qədər orada qaldım. Bəhruzun ora gəldiyini görəndə qorxdum və orada olan süni gölə yıxıldım. Sonra da Bəhruzun atama oğlanla danışdığımı deyəcəyindən qorxduğum üçün ona şər ataraq, mənə qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdim".
Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, hadisədən əvvəlki gün, saat 22 radələrində xalası Mahirə anasına zəng edib və evdə pərdələri yuyacağını bildirib:
"Mənim onlarda qalıb uşağa baxmağa köməklik etməyimi xahiş etdi. Anam məni qardaşımla onların yaşadığı evə göndərdi. Bəhruz özü qardaşımla məni götürərək, öz evlərinə apardı. Yolda qardaşım üçün dönər aldı, mən isə istəmədim. Bundan sonra evə getdik. Mən gecə onlarda ayran içdim. Ayran içdikdən sonra yuxum gəldi, yatdım".
Baharın sözlərinə görə, təxminən gecə saat 2 radələrində yatarkən Bəhruz onun paltarını çəkib və sinə nahiyəsini əlləri ilə sıxıb, intim yerlərini ona nümayiş etdirib: "Sinəmi sıxdıqdan sonra belimdən öpdü. Onu üzərimdən kənara itələyərək qardaşımı yuxudan durğuzmaq istədim. Lakin qardaşım ayılmadı. Xalamı durğuzmaq istəsəm də, xalam da yuxudan ayılmadı. Bəhruz həyətə çıxdı.
Mən öz otağımda ağladıqdan təxminən 20 dəqiqə sonra Bəhruz zəng edərək mənimlə "WhatsApp" proqramında görüntülü danışdı, sinəmi göstərməyimi istədi. O, hər dəfə "WhatsApp" proqramında görüntülü yığsa da, zənglərini rədd etdim".
Zərərçəkmiş bildirib ki, daha sonra dostu İlqar adlı şəxslə danışmağa başlayıb: "Mən İlqarla "SNAPCAT" adlı sosial şəbəkədə tanış olmuşam. Sonradan dost kimi "WhatsApp" proqramında əlaqə saxlamışıq.
İlqarla mobil telefon vasitəsilə danışarkən Bəhruz yenidən yataq otağıma daxil oldu. İlqarla danışdığımı görərək mobil telefonumu qırdı, sonra otaqdan çıxaraq getdi.
Onlar yatdıqdan sonra evdən qaçıb uzaqlaşmaq istəsəm də, gecə olduğu üçün qorxdum, fikrimdən daşındım. Başıma gələnlərə görə özümü öldürmək qərarına gəldim. Xalamgilin yaşadığı evdə çox adam olduğu üçün saat 18 radələrində evə gəlmədim.
Bəhruzun mənə etdiyi seksual xarakterli hərəkətlərdən sarsıldığım üçün evdən qaçdım və Şəmkir şəhərində yerləşən parka gəldim. Orada özümü süni gölə atmaq qərarına gəldim. Sonra fikrimdən daşındım, amma gölün yanında ayağım büdrədiyi üçün suya yıxıldım. Təxminən 2-3 dəqiqə sonra orada olan şəxslər məni sudan çıxardılar. Ərazidə xidmət aparan polis əməkdaşları həmin yerə gəldilər.
Bir qədər sonra Bəhruz da arxamca həmin yerə gəldi. Polis əməkdaşları Bəhruzdan qabaq hadisə yerinə gəlmişdi. Mən onun etdiklərini polislərə danışdım. Bəhruza qarşı heç bir şikayətim yoxdur".
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 1 il 5 ay 28 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbsə alınıb.
"Təcavüz ittihamı" teqi üzrə xəbərlər
- Hollivudda 80-dən çox aktrisanı zorlayan rejissor "antisanitariya"ya görə həbsxananı məhkəməyə verir
- Konor Makqreqor cinsi təcavüzdə təqsirli bilinib
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- Diddinin uşaq yağları ilə bağlı iyrənc məqsədi ifşa olundu
- Reper Ar Kellinin 8 yaşından təcavüz etdiyi qızı: "Atam yanıma gələndə özümü yatmışlığa vururdum"
Rəylər