Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Kartdan-karta" üsulu ilə işləyən 400-dən çox sahibkara maliyyə sanksiyası tətbiq edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində "kartdan-karta" prinsipi ilə işlədiyinə görə 408 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.
Bildirilib ki, aparılan müşahidələr zamanı Bakı şəhəri ərazisində yerləşən bəzi ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Belə ki, indiyədək 408 sahibkarlıq subyekti tərəfindən istehlakçılara nağdsız ödənişlər üçün "kartdan-karta" köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
DVX-dən bildirilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.
"Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi)" teqi üzrə xəbərlər
- Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
- Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
- Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
- "Kartdan-karta" üsulu ilə işləyən daha 300-dən çox sahibkar cəzalandırıldı
- Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi
Rəylər