Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gənc oğlan qonşusunun evindən oğurladığı pulu restoranda xərclədi - HÖKM
Babək Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Qafar Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Qafarov 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2024-cü ilin fevral ayında Babək rayonu, Zeynəddin kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qafar Qafarov qonşusu, zərərçəkmiş M.M-in (şərti) evdə olmadığı vaxtda evin qapısının açıq olduğunu bilib. O, qapını açıb içəri qanunsuz daxil olaraq evdən 700 manat pulu gizli şəkildə talayaraq oğurluq edib.
Məhkəmə iclasında Qafar Qafarov ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qeyd edib ki, hadisədən sonra oğurladığı pulu Babək rayonunda yerləşən Uzunoba restoranında yeyib-içməyə xərcləyib.
Rəylər