Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü E.Əhmədovun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Vurğulanıb ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər