Ağcabədidə polis əməkdaşları tərəfindən altı silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları beş tüfəngi könüllü olaraq təhvil veriblər, bir ədəd odlu silah isə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Rəylər