Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Nahid Hüseynov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, o, tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurmaqda şübhəli bilinir. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Rəylər