Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib.
"Qafqazinfo"nun məlumatına görə, 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.
İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin onu öldürməklə hədələyib. Bundan sonra qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.
Arvadının şikayətdən sonra Elvin saxlanılıb və əməli xırda xuliqanlıq kimi qiymətləndirilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Elvin 15 sutka inzibati qaydada həbs edilib.
Rəylər