Bakıda çimərlikdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonunun və içərisində ümumilikdə 750 manat pul olan çantalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən edilərək saxlanılıb.
Rəylər