Bakıda məmur qəfil vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, Hesablama Palatasının Maliyyə və təchizat şöbəsinin sektor müdiri Namiq Ataxan oğlu Ağayev dünyasını dəyişib.
Onun səhhətində daha öncədən hər hansı problemin olmadığı, qəfil ürək çatışmazlığından həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, N.Ağayev bu il iyunun 24-də Prezidentin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdi.
Rəylər