Xocalı rayonuna gizlincə gedərək oradan at gətirən üç nəfər həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Goranboy rayonunda yaşayan Kəlbəcər sakinləri Elbəyi Zamanov, Şahlar Əhmədov və Rafail Məhərrəmovun icazə əsasında girişin mümkün olduğu Xocalı rayonunun inzibati ərazisinə gizli şəkildə keçdikləri müəyyən edilib. Onların Xocalıda olan 11 rəst sahibsiz atı eyni qaydada gizli şəkildə Goranboy istiqamətinə apardıqları məlum olub.
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxslər saxlanılıblar və barələrində inzibati protokol tərtib edilib.
Xocalı Rayon Məhkəməsinin 2 avqust tarixli qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, oxşar əmələ görə Loğman Əhmədov adlı şəxs də 150 manat cərimə edilib.
Rəylər