Qaxın Ləkit kəndində yerləşən tarixi abidə məhv olmaq üzrədir.
3 hektar ərazisi olan tetrakon - dördkünc formada tikilən məbədin 6-7-ci əsrlərdə inşa edildiyi qeyd olunsa da, tarixçilər bu unikal tikilinin yaşının daha çox olduğunu bildirirlər.
Tarixçi Vaqif Aydınov qeyd edib ki, abidə son illərdə daha çox deformasiyaya uğrayıb və dağılıb:
"Abidənin yaşı təxminən iki min ildir. Məbəddə iki dəfə tədqiqat aparılıb və məlum olub ki, burada terras formasında ərzaq saxlanılan yerlər də mövcud olub. Bu məbəd öz əzəməti, zənginliyi ilə Roma tikililərindən geri qalmır".
Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi isə bildirib ki, Hun imperiyasının hökmdarı Atillanın ölümündən sonra onun Roma casusları tərəfindən təqib olunan nəvələrinin bu məbəddə sığınacaq tapdığı ehtimal edilir.
Daha ətraflı Baku TV-nin materialında:
Qaxın Ləkit kəndində yerləşən tarixi abidə məhv olmaq üzrədir.