Bu gün 20-30 dərəcə sektorunda dörd planet yan-yana düzülərək kiçik parad təşkil edəcək.
Bu barədə Moskva Planetarisinin metodiki təminat şöbəsinin rəhbəri Lyudmila Koşman məlumat verib.
"Bazar ertəsi Venera, Yupiter, Merkuri və Uran 20-30 dərəcə sektorunda yaxınlıqda olacaq. Lakin Günəşə yaxın olduğu üçün bu planetlərin görünməz kiçik paradıdır və Yerdən görünmür", - deyə Koşman bildirib və belə hadisələrin hər 20 ildən bir baş verdiyini qeyd edib.
Onun sözlərinə görə, bir-birinə yaxın olan dörd planetdən başqa Mars, Neptun və Saturn da Günəşin bir tərəfində olacaq.
İyunun əvvəlində onlara Ay da qoşulacaq.
Mənbə: TASS