Türkiyə dünya miqyasında bir ilkə imza ataraq, kosmosa çərəz göndərib. Bu tarixi hadisə sosial mediada böyük maraqla qarşılanıb və ölkənin qürur mənbəyinə çevrilib.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, layihə üzərində 30 nəfərlik peşəkar mütəxəssis komandası aylarla işləyib.
Çərəzlər xüsusi olaraq müxtəlif temperatur və aşağı təzyiq şəraitinə davamlı hibrid materiallardan hazırlanan kapsulda kosmosa yola salınıb.
Adananın Örcün meydanından buraxılan kapsul təxminən 94 850 fut (28.91 km) yüksəkliyə qalxaraq stratosferə çatıb. Kapsulun üzərindəki kamera və izləmə cihazları vasitəsilə bütün proses izlənilib və qeydə alınıb.
Üçsaatlıq möhtəşəm səyahətdən sonra kosmik şəraiti təcrübə edən çərəz yüklü kapsul İskenderuna uğurla enib.
Türkiyə dünya miqyasında bir ilkə imza ataraq, kosmosa çərəz göndərib. Bu tarixi hadisə sosial mediada böyük maraqla qarşılanıb və ölkənin qürur mənbəyinə çevrilib.