Bakı şəhərində yerləşən 193 tarixi-memarlıq abidəsi olan binada COP29 tədbiri ilə əlaqədar aparılan təmir-bərpa işləri çərçivəsində abidələrin tarixi dəyərinin, orijinallığının, dayanıqlığının və bədii-estetik görkəminin qorunub saxlanılması məqsədilə daimi nəzarət təşkil edilib.
Bu barədə "Trend"ə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
O qeyd edib ki, təmir-bərpa işləri podratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində, mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
"Eyni zamanda, abidələrin bədii-estetik görkəminə xələl gətirən reklam və məişət qurğuları, kommunikasiya xətləri binaların fasadlardan təmizlənib.
Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur", - deyə mətbuat katibi vurğulayıb.
Rəylər