Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri başa çatıb.
Oxu.Az xəbər verir ki, Şuşa şəhərində start götürən Vaqif Poeziya günlərinə iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən "Vaqiflə səyahət" adlı bədii-musiqili tamaşa ilə yekun vurulub.
İlk dəfə təqdim olunan tamaşa azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin Şirvaniyə həsr olunub.
Tamaşanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Xanım Aydın
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri davam edir.
Oxu.Az xəbər verir ki, Poeziya Günləri çərçivəsində "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib.
Konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub və Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.
Ardınca Şuşa Hotel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən "Sözün repressiyası" (2022) sənədli filminin nümayişi olub.
"Bulatfilm Production" şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.
Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair və digər ziyalılarımız xatırlanır, bəzilərinin faciəvi həyat tarixçəsi danışılır. Eyni zamanda, ekran işində Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi də araşdırılır.
Xanım Aydın
Rəylər